- Baxış sayı: 22
- 01 Dekabr 2024 21:05
- Baxış sayı: 42
- Dekabr 01, 2024
- 0
Allsport.az xəbər verir ki, “Səbail” in baş məşqçisi Şahin Diniyev Azərbaycan premyer liqasının 8-ci turunda doğma meydanda “Sabah”a qarşı keçirdikləri oyunu (2:2) şərh edib:
“Çox maraqlı oyun alındı. Qarşılılqı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq. Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir.