- Baxış sayı: 28
- 15 Fevral 2026 11:28
- Baxış sayı: 266
- Fevral 13, 2026
- 0

Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
O, premyer liqanın 2024-25-ci il mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq. Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub. Ötən mövsümü Türkiyənin I liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.