- Baxış sayı: 54
- 02 May 2023 16:26
- Baxış sayı: 23
- İyun 04, 2023
- 0
Bu gün millətlər liqasında “Dalğa arena”da Azərbaycan – Slovakiya oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millinin aparıcı üzvü Emin Mahmudov görüşlə bağlı bunu deyib:
“Bizim meydana rahat çıxmaq haqqımız yoxdur. Tam gücümüzlə mübarizə aparmalı, əlimizdən gələni etməliyik ki, qələbə qazanaq. İlk iki oyunda qalib gələ bilməmişik. Bu dəfə uğurlu nəticə üçün çalışacağıq. Bəzən bəxtsizlik olur, bəzən rəqib qapıçılar yaxşı qurtarış edir.
Bəzi epizodlarda da dəqiqlik çatmır. Ya son zərbə, ya da ötürmə dəqiq olmur ki, hücumu qolla tamamlayaq. Slovakiya millisinin Bakıya qalib və ya məğlub gəlməsinin heç bir əhəmiyyəti yoxdur.
Onlar qələbə qazanmaq üçün tam güclərini ortaya qoyacaqlar. Yeni baş məşqçinin rəhbərliyi ilə oynayacaqlar. Ancaq biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.