“Bəzən bizdə də problemlər yaranır”

“Neftçi” premyer liqanın 7-ci turunda səfərdə “Səbail”i 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf bunu söyləyib:

” Canlarından keçən şəhidlərə Allah rəhmət eləsin, ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Oyuna gəldikdə isə, bizim üçün 3 xal çox vacib idi. Çox yaxşı oynadıq. Demək olar ki, bütün komandalar bizimlə oyuna çox motivasiyalı başlayırlar, aqressiv oynayırlar.

Bəzən bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilmədik. Amma ikinci hissədə yaxşı oynadıq və lazım olan qolları vurduq. Oyundan çox razıyam.”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish