- Baxış sayı: 25
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
“Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını – atamı, anamı, nişanlımı gördüm”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin futbolçusu Saman Nərimancahan deyib.
Qış fasiləsi zamanı Arazın o tayına yollanan yarımmüdafiəçi, yaxşı dincəldiyini bildirib: “Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik”.
O, son vaxtlar azarkeşlər tərəfindən tənqid olmasında isə belə reaksiya verdi: “Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram”.