“Badminton uşaq bağçası” layihəsi

Azərbaycan badminton federasiyası ilə Bakı fransız liseyinin birgə əməkdaşlığı çərçivəsində “Badminton uşaq bağçası” layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.

Allsport.az saytı xəbər verir ki, əsas məqsəd uşaqlarda erkən yaşlarda badmintona maraq oyatmaq, həmçinin elm, riyaziyyat, incəsənət kimi mövzularla ahəngdə badminton tədrisinin təşkilini təşviq etməkdir.

Xüsusi səs effektləri və 3D görüntü vasitəsilə uşaqlara bir-biri ilə virtual formada badminton oynamaq imkanı da yaradılacaqdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish