Badminton üzrə Xəzər rayon turniri

Azərbaycan badminton federasiyası, Bakı şəhər gənclər və idman idarəsi və 124 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə badminton üzrə Xəzər rayon turniri təşkil edilib.

Allsport.az xəbər verir ki, maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin sonunda qalib komandalar müəyyənləşib:

I yer. 123 nömrəli tam orta məktəbin komandası

II yer. 156 nömrəli tam orta məktəbin komandası

III yer. 124 nömrəli tam orta məktəbin komandası

Mükafatçılara kubok, diplom və medallarla yanaşı hədiyyələr təqdim olundu.

Həmin kateqoriyadan