Bakı-2015-in əkiz mükafatçıları AQF-ə şərt qoydu: Onlar qaytarılsın, yoxsa milli komandanı tərk edirik

Qılıncoynatmada gərginlik yüksək həddədir. Yayılan məlumata görə, idmançılar və məşqçilər 26 aydır maaşlarını almırlar. Srağagün federasiyada keçirilən seçkilərdən sonra durum daha ağırlaşıb. AQF-in prezidenti Nazim İbrahimov bu dəfə komandasını 1-ci vitse-prezident Yaşar Məmmədov və baş məşqçi Fikrət Vəliyevsiz qurdu. İndi bu şəxslər keçmiş sayılırlar.

Allsport.az saytı xəbər verir ki, seçkinin nəticəsi sablya üzrə milli komanda üzvlərinin etirazına səbəb olub. Bakı-2015 ilk Avropa oyunlarının əkiz mükafatçıları Sevil və Sevinc Bünyatova bacıları federasiyanı fəaliyətsizlikdə ittiham ediblər.

Adı 2-ci çəkilən idmançımız öz feisbuk səhifəsində qeyd edib ki, AQF maliyyə ayırmaması üzündən, onlar 19-30 avqustda Tayvanın paytaxtı Taypeydə keçiriləcək 29-cu Ümumdünya yay universiadasına qatıla bilmədilər. Bacıların bəyanatında, Yaşar Məmmədov və Fikrət Vəliyev federasiyada olmayıqca, onlar qılıncoynatmanı tərk edəcəklər.

Həmin kateqoriyadan