Bakı bulvarı ərazisində avarçəkmə məşqləri başlayır

Azərbaycan kanoe və avarçəkmə federasiyası dekabrın 24-dən etibarən Xəzər dənizində, Bakı bulvarı ərazisində avarçəkmə ənənələrini bərpa edir və rəsmi olaraq məşqlərə başlayır. Allsport.az saytı xəbər verir ki, burada akademik, dəniz avarçəkməsi, xüsusən kayak və kanoe növləri üçün məşqlər təşkil olunacaq.

Paytaxtda əhalinin daha sıx yaşadığını nəzərə alsaq bu addım yeniyetmə və gənclər üçün avarçəkmə idman növünü daha da əlçatan edəcək. Bu isə, öz növbəsində, gələcəkdə milli komandanın heyətinin daha güclü və geniş tərkibdə formalaşdırılmasında mühüm rol oynayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish