Bakı fransız liseyində və Azərbaycan Britaniya kollecində badminton bölmələri

Bu gün badminton federasiyası və Azərbaycan beynəlxalq təhsil mərkəzi ictimai birliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı fransız liseyində “Badminton uşaq bağçası” layihəsinin təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ABTM-in sədri Xaliq Məmmədov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və badminton federasiyasın prezidenti Taleh Ziyadov iştirak ediblər.

Layihənin keçirilməsində məqsəd bağça uşaqlarında erkən yaşlarda (3-6 yaş) badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək və istedadı olan uşaqları vaxtında müəyyən etməkdir. “Badminton uşaq bağçası” layihəsi Bakı fransız liseyi ilə yanaşı Azərbaycan Britaniya kollecində də tətbiq olunacaq.

ABF-in dəstəyi ilə lisey və kollecdə yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim məşq prosesi interaktiv şəkildə təşkil olunacaq. Layihə çərçivəsində “Virtual reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq.

Tədbirin sonunda ABF və ABTM arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish