- Baxış sayı: 58
- 27 Sentyabr 2024 17:25
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu gün bir qrup yerli elektron KİV nümayəndəsi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, toplantının keçirilməsində məqsəd Azərbaycanda ilk dəfə keçirilmiş formula-1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaq olub.
Görüş zamanı, son illər ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar nəticəsində, iri miqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yarandığı qeyd olunub. Bunun nəticəsi olaraq, bu ilin yayında uğurla keçirilən Avropa qran-prisi formula-1 tarixində yeni səhifə açmaqla yanaşı, həm də Azərbaycanın, xüsusən paytaxt Bakının bütün dünyada daha yaxından tanınmasına töhfə verib. Yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib. Ümumilikdə, milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib.
Vurğulanıb ki, Bakı şəhər halqasında keçirilmiş Avropa Qran-prisində 2016-cı il formula-1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. “Williams” komandasının pilotu Valteri Bottas trekin 2,2 kilometr uzunluğundakı dənizkənarı hissəsində saatda 366 kilometr sürətlə hərəkət edərək Bakı şəhər halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb. Bununla yanaşı, Avropa qran-prisində başqa bir rekord da əldə olunub. “Williams” komandası 1,92 saniyəlik göstərici ilə formula-1 tarixində ən sürətli pit-stop edən komanda olub.
Bakı turnirini bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq, eyni zamanda, paytaxtın sahib olduğu Avropa dəyərlərini daha geniş miqyasda tanıtmaqdır. Milyonlarla azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula-1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq ölkəmizlə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış formula-1 Azərbaycan qran-prisi adlandırılacaq. Biz 2017-ci ildə Bakı şəhər halqasında keçiriləcək növbəti formula-1 yarışını birlikdə qeyd etmək və yarışın coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbirsizliklə gözləyirik.