Bakı şəhər halqası əməliyyat şirkəti ətraf mühitin mühafizəsində fəaliyyətini davam etdirir

Bakı şəhər halqası əməliyyat şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətini davam etdirir. Allsport.az saytı xəbər verir ki, 2019-cu ildən etibarən “Yaşıl siyasət”ə keçid edərək, bir sıra ekoloji layihələrə imza atmış BŞH qaz tullantılarının ətraf mühiti çirkləndirməsinin azaldılması məqsədilə kiçik töhfəsini vermək üçün növbəti təşəbbüslə çıxış edir.

Həftənin cümə günləri şirkətin əməkdaşları şəxsi avtomobillərindən istifadədən imtina edir, əvəzinə ictimai nəqliyyat yaxud piyada hərəkətinə üstünlük verilməsini təbliğ edir. Həmçinin, bununla, Bakı Şəhər Halqası sağlam həyat tərzini təşviq edir.

Formula-1 yarışında 2030-cu ilədək karbon tullantılarının sıfıra endirilməsi hədəflənir. Bu layihələrin əsas məqsədi ətraf mühitin qorunması və zərərli təsirlərin azaldılması, təkrar emalın təşviqi və avtoidman sahəsində ekoloji təşəbbüslərin təbliğidir. Bakı şəhər halqası əməliyyat şirkəti bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiq qalmaq niyyətindədir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish