Bakıda “Böyük dəbilqə” turnirinin püşkatması olub

Noyabrın 4-də Bakıda start götürəcək cüdo üzrə “Böyük dəbilqə turnirinin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, mərasimin əvvəlində təhsil və kouçinq direktoru Məhəmməd Merica BCF prezidenti Marius Vizerin adından bütün iştirakçıları salamlayıb. O, tədbirin təşkilində göstərdiyi səylərə görə ACF-ə minnətdarlığını bildirərək, turnirin yüksək səviyyədə keçəcəyini əminliklə vurğulayıb.

BCF-in hakimlərinin baş direktoru Daniel Laskau bildirib ki, BCF-in hakimlər komitəsi tərəfindən sizlərə əminliklə deyə bilərik ki, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcək. ACF-in baş katibi Rəşad Rəsullu bütün dünyadan yeni istedadlarla yanaşı ən reytinqli idmançıların turnirə qatılmasını qürurverici hal kimi qiymətləndirib. Onun sözünə görə, Beynəlxalq cüdo federasiya ilə birgə turnirə yüksək səviyyədə hazırlaşıb və turnirin beynəlxalq təşkilati standartlarına uyğun keçiriləcəyini bildirib.

Mərasim zamanı BCF-in tədbirlər direktoru Lisa Allan Bakı “Böyük dəbilqə” turniri haqqında məlumat verib və püşkatma mərasiminə start verilib. Turnirdə 61 ölkədən 400 yaxın idmançı iştirak edəcək. Azərbaycan millsi 37 idmançı ilə təmsil olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish