- Baxış sayı: 42
- 18 İyul 2025 20:10
- Baxış sayı: 137
- İyul 20, 2025
- 0
Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə start veriləcək.
Allsport.az xəbər verir ki, Bakı boks mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları iştirak edəcəklər.
200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
“Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.
Azərbaycan yığması yarışda geniş heyətlə mübarizə aparacaq. Komandanın baş məşqçisi Vaqif Kazımov turnirdə 60 yeniyetməni sınaqdan keçirəcək.
Yarışın ilk günü saat 14:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
“Heydər Əliyev kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.