- Baxış sayı: 27
- 20 May 2025 21:50
- Baxış sayı: 103
- May 21, 2025
- 0
Parapauerliftinq üzrə milli komanda aprelin 27-dən etibarən Gürcüstanın Bakuriani şəhərində beynəlxalq təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, mayın 6-dək davam edəcək toplanışında 6 idmançı iştirak edir.
Toplanışa kişi idmançılardan Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov və Talib Zeynalov, qadınlardan isə Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.
Toplanış 6-13 mayda Tbilisidə keçiriləcək dünya kubokuna hazırlıq xarakteri daşıyır.