Baqalidən “Neftçi”yə növbəti sayğısızlıq

Kipr “Apollon”una keçən Baqali Daboya Azərbaycan çempionatının gümüş medalı və qolçuluq mükafatı təqdim edilib.

Allsport.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu AFFA və PFL-ə təşəkkür etsə də, oynadığı klub – “Neftçi”ni yada salmayıb.

Dabonun “Neftçi”dən ayrılmamışdan bir müddət öncə “Qarabağ”ın göynəyində videosu yayılmışdı. Bu səbəbdən o, klubdan qalmaqalla ayrılmışdı.

Həmin kateqoriyadan