• Ça. İyl 5th, 2022

Barat ilk 32-liyə düşə bilmədi

Apr 8, 2022

Bu gün Dubayda yeniyetmə və gənclərin dünya birinciliyində meydan şpaqaçılara verilib. Allsport.az saytı xəbər verir ki, gənc oğlanlarda qrup mərhələsini 5 qələbə ilə başa vuran Barat Quliyev, pley-ofda ilk görüşdə isveçrəli Dieqo Erbettaya 15:11 qalib gəlib. O, 32-liyə yüksəlmək üçün koreyalı Kim Jungbeoma 6:15 hesabı ilə məğlub olub.

Qızların şəxsi yarışında qrupu 3 qələbə ilə bitirən Xədicə Həsənli, pley-offda portuqaliyalı Mariya Alvimə 9:15 məğlub olub. Qrupda 2 qələbəsi olan Alfiyə Abdinova isə, pley-ofda eston Anneli Proosvaliyə yenilib. Qrupda 1 qələbəsi olan Nazilə Rəhimova növbəti mərhələyə adlaya bilməyib.

AllEscortAllEscort