”Barselona”dan rədd

“Barselona” “Monako”nun Ansu Fati üçün etdiyi ilk təklifi rədd edib. 

Allsport.az xəbər verir ki, “knyazlıq” klubu 22 yaşlı ispaniyalının maaşının yalnız bir hissəsini ödəyərək onu icarəyə götürmək istəyib. Bu da Kataloniya təmsilçisinə sərf etməyib. 

“Monako”nun ikinci təklifi etməyi planlaşdırdığı hələlik məlum deyil.

Fati 2024/25 mövsümündə “Barselona”nın heyətində bütün yarışlarda 11 oyun keçirib.

Həmin kateqoriyadan