Basketbol millisi qitə kubokuna Serbiyada hazırlaşır

9-11 sentyabrda Avstriyanın Qrats şəhərində qitə kubokuna hazırlaşan kişilərdən ibarət 3×3 basketbol millisi bu məqsədlə Serbiyaya yollanıb.

Allsport.az saytı xəbər verir ki, təlim-məşq toplanışında Amil Həmzəyev, Zaur Paşayev və Endar Poladxanlıdan ibarət komandamız Novı Sad şəhərində meydan sahibi yığması və bir sıra yerli klublar ilə yoxlama oyunları keçiriblər.

Seçməmiz Serbiyada 8 sentyabra qədər qalacaq. Avropa kubokunda “D” qrupunda rəqiblər Niderland və Belçikadır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish