- Baxış sayı: 139
- 30 May 2023 23:24
- Baxış sayı: 139
- May 30, 2023
- 0
Sərhədçi idman mərkəzində, 2022/23 mövsümü üzrə Azərbaycan kubokunun qrup oyunları baş tutdu.
Allsport.az xəbər verir ki, İlk oyun günündə iki qrup üzrə dörd qarşılaşma oynanıldı. Açılış oyunu, A qrupunda qərarlaşmış “Gəncə” və “Sabah” komandaları arasında keçirilidi. “Gəncə” 97:59 hesabı ilə rəqibini üstələdi. Ən məhsuldar basketbolçular : “Sabah” (Udun Osaku – 15 xal, 3 götürmə), “Gəncə” (Əkbər Məmmədov – 27 xal, 18 götürmə)
Digər üç oyunda bu nəticələr qeydə alındı.
B qrupu : “NTD” – “Olimpik Şəki” (94-83) Ən məhsuldar basketbolçular: “NTD” (Zak Hadson – 18 xal, 11 götürmə), “Olimpik Şəki” (Larri Robinson – 24 xal, 8 ötürmə)
A qrupu : “AAAF Xırdalan” – “Sərhədçi” (86-69) Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan” (Deymon Makdouel – 19 xal, 6 götürmə), “Sərhədçi PİK” (Brendon Miller – 20 xal, 5 götürmə)
B qrupu : “Zirvə Astara” – “Neftçi” (76-93) Ən məhsuldar basketbolçular : “Zirvə Astara” (Derin Conson – 27 xal, 6 ötürmə), “Neftçi” (Davit Lomidze – 24 xal, 5 götürmə)