- Baxış sayı: 254
- 03 İyun 2023 16:36
- Baxış sayı: 187
- İyun 03, 2023
- 0
Allsport.az xəbər verir ki, Azərbaycan texniki universitetinin idman zalında basketbol üzrə həvəskarlar liqasının 3-cü yer uğrunda və final oyunları baş tutub. “Feniks” – “Torpaq” oyununda “Feniks” komandası 77:61 hesablı qələbə qazanaraq, həvəskarlar liqasında 3-cü yerin sahibi olub. Final oyununda “Probasket” və “Caspian Storm” kollektivləri qarşılaşıblar. Görüşə üstün başlayan “Caspian Storm” rəqibinə 93:79 hesabı ilə qalib gələrək, altı komandanın iştirakı ilə keçirilən həvəskarlar liqasının qalibi adına yiyələnib.