Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi

Noyabrın 6-da Bakı olimpiya idman kompleksində gimnastika federasiyasının yenidən qurulmasının 20-illiyinə batut üzrə 6-cı paytaxt birinciliyi keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, bu yarışda balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) güclərini sınayacaqlar.

“Ocaq Sport” klubu və Bakı gimnastika məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish