“Bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”

U-23 Avropa çempionu Elnurə Məmmədova bu gün Vətənə qayıdıb. Allsport.az xəbər verir ki, gənc güləşçi Heydər Əliyev adına beynəlxalq hava limanında qitə çempionatı haqda bunu deyib:

“Çempion olduğum üçün çox sevinirəm. Federasiya rəhbərliyinə və məşqçilər heyətinə dəstəklərinə görə minnətdaram. 2023-cü ildə 3-cü, ötən il Bakıda U-23 Avropa çempionatında finala yüksəlmişdim.

Ancaq qızıl medal qazana bilməmişdim. Bu yaş qrupunda sonuncu ilimdə Avropa çempionu oldum. Məşqçilərlə məsləhətləşəcəyik. Böyüklərin Avropa çempionatında iştirak etsəm, bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan