BCF-in məktəbində məşqçilərin təlimi davam edir

23 dekabrda Beynəlxalq cüdo federasiyasının akademiyasının ekspertləri Məsud Qapan və Qaya Gəzəkərin iştirakı ilə məşqçilərin praktiki imtahanına son mərhələ başlayıb.

Allsport.az saytı xəbər verir ki, ayın 30-unadək qədər davam edəcək məşğələlərdə Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 50-dən çox məşqçi iştirak edirlər. 

ACF və BCF ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində məşqçilər üçün təlimlər 7 martdan etibarən başlayıb. Ekspertlərin iştirakı təlim proqramının birinci mərhələsi 9 mayda, ikinci mərhələsi isə 18 iyulda baş tutub. Təlimin yekun imtahanı 2023-cü ilin fevral ayında keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish