“Belə oyunlarda ən böyük üstünlüyümüz onlardı”

“Turan Tovuz” premyer liqanın 12-ci turunda evdə “Sumqayıt”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu deyib: “Evdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən oyunun krtitik anında möhtəşəm dəstəklə futbolçuları ruhlandırdılar. Belə oyunlarda ən böyük üstünlüyümüz onlardı.

“Sumqayıt”ı analiz etdikdə, “Zirə”yə qarşı oyunda çox yaxşı təsir bağışlamışdı. Bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də istədiyimiz sürət olmadı, amma mübarizə apardıq. Hər iki komanda hər qarış üçün mübarizə apardı. Sevinirəm ki, epizod vermədik. Çətinliklərimiz oldu. Xəyal və Eltun xəstə idilər. Onlara da xüsusi təşəkkürümü bildirirəm ki, belə çətin oyunda komandaya kömək etdilər. Ehtiyat qüvvəmiz də çox deyil”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish