- Baxış sayı: 41
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
Azərbaycan premyer liqasının XXVII turunun “Kəpəz” – “Qarabağ” oyunundan (0:0) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matç barədə fikrini açıqlayıb:
“Qalib gəlmək istəyirdik, alınmadı. Bəlkə daha çox təzyiq etmək lazım idi. Ancaq şərait buna imkan vermədi. Süni örtük, hava şəraiti və sulamada problem müəyyən çətinliklər yaratdı. Belə şəraitdə futbol oynamaq rahat deyil. Topun sürətini, oyunun tempini artırmaq istəsən də, alınmır. Texniki səhvlərdə meydança amili böyük rol oynadı”.