Belçika səfərinə 12 basketbolçu yollanacaq

Qadınlar arasında basketbol üzrə Avropa çempionatının seçmə qrup oyunları üçün millimizin heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, iştirak ərizəsində 12 qadın basketbolçu yer alıb.

Bunlar Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Göyçöl, Dəniz Göyçöl, Şilan Ağmingöl, Aleksandra Mollenhauer və Adilə Yusubovadır.

Milli komanda 6 fevral səfərdə Belçika və 9 fevral evdə Polşa yığmaları qarşılaşacaq.

Avropa çempionatının final mərhələsi iyunda keçiriləcək.

Həmin kateqoriyadan