“Bellatorun vətənimdə keçirilməsi, yeniyetmə-gənclərin idmana marağını daha artıracaq”

MMA döyüşçüsü Tofiq Musayev ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Bellator turnirində debütdə Sidney Autlounu 27 saniyəyə nokaut edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra həmyerlimiz mətbuat konfransında bunu deyib:

“Nəzər yetirsəniz, mən müsahibə zamanı qarşılaşmanın tez bitəcəyini öncədən vurğulamışdım. Şükürlər olsun ki, vaxtından tez qələbə çaldım. İndi biz təlim-məşq toplanışı haqqında düşünürük və növbəti aylarda 2-ci döyüşü keçırə bilərik.

Mən çox istərdim ki, Bellator Azərbaycanda keçirilsin. Kəmər döyüşünə Patrik Pitbull ilə Azərbaycanda bir araya gəlmək istəyirəm. Onunla bir şərt ilə, titul uğrunda vuruşmağa hazıram. Bellatorun vətənimdə keçirilməsi, bir çox yeniyetmə-gənclərin idmana marağını daha artıracaq“.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish