“Benfika” – “Makkabi” görüşü azərbaycanlı hakimlərə tapşırılıb

Azərbaycanın FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Allsport.az saytı xəbər verir ki, o, UEFA gənclər liqasında “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq.

Sentyabrın 6-da Portuqaliyanın Seyxal şəhərində “H” qrupunun görüşündə ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. 4-cü referi funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqalita) yerinə yetirəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish