- Baxış sayı: 257
- 02 Noyabr 2025 13:02
- Baxış sayı: 41
- Noyabr 06, 2025
- 0

Bu gün Göygöl olimpiya idman kompleksində III MDB oyunları çərçivəsində sambo yarışlarına start verilib.
Allsport.az xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilir. Beş çəkidə Azərbaycan təmsilçiləri finala yüksəliblər.
Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) qızıl medal uğrunda vuruşacaqlar. Eyni zamanda 71 kq-da Mikayıl Amirov və 88 kq-da Xəzər Əmrahlı yarımfinalda uduzublar və bürünc medal üçün mübarizə aparacaqlar. Medal görüşləri saat 17:00-da başlayacaq.