- Baxış sayı: 119
- 15 Fevral 2026 18:30
- Baxış sayı: 281
- Fevral 13, 2026
- 0

“Beşikdaş” klubu “Göztəpə”nin yarımmüdafiəçisi Cunior Olaytanı transfer edib. Allsport.az xəbər verir ki, 23 yaşlı beninli futbolçu tibbi müayinədən keçmək üçün artıq İstanbula gəlib.
İstanbul təmsilçisi bu transfer üçün İzmir klubuna bonuslarla birlikdə 6 milyon avro (5+1) təzminat ödəyəcək. Futbolçu ilə 4,5 illik müqavilə imzalanması gözlənilir. Cari mövsümdə “Göztəpə” köynəyi ilə 18 matçda 2 qol vuran Olaytan, həm mərkəz, həm də cinah yarımmüdafiəçisi kimi çıxış edir.