Beynəlxalq gimnastika federasiyasının yeni prezidenti seçildi

Türkiyənin Antalya şəhərində beynəlxalq gimnastika federasiyasının (FIG) rəhbər vəzifələrinə seçkilər keçirilib.

Allsport.az xəbər verir ki, 83-cü konqresə təsadüf edən seçkidə qurumun prezidenti postu uğrunda 2 namizəd mübarizə aparıb.

Bunlardan biri FIG-in yaponiyalı hazırkı prezidenti Morinari Vatanabe, digəri isə Azərbaycanın yeni gənclər və idman naziri, Avropa gimnastikasının prezidenti Fərid Qayıbov olub.

Yekunda 81 səs toplayan Vatanabe növbəti dəfə FIG prezidenti seçilib. F. Qayıbova isə 47 nəfər səs verib.

Morinari Vatanabe indiki vəzifəsində 2016-cı ildən çalışır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish