Beynəlxalq teqbol federasiyanın prezidenti milli olimpiya komitəsində qonaq olub

Milli olimpiya komitəsinin baş katibi Azər Əliyev teqbolun ixtiraçısı və həmtəsisçisi, Beynəlxalq teqbol federasiyanın prezidenti Gabor Borsanyini qəbul edib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni təsis olunan teqbol federasiyasının Azərbaycanda inkişafından, teqbolun üstünlüklərindən və gənclərin bu idman növünə olan marağından bəhs edilib.

O cümlədən, teqbolun olimpiya oyunlarına salınması barədə də söhbət aparılıb. Qonaq bildirib ki, Azərbaycan teqbolçularına beynəlxalq dərəcəli məşqçilər tərəfindən təlimlər keçirilir. O bu idman növünün inkişafında Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib.

MOK-un baş katibi əməkdaşlıqa dair məsələlərin müzakirəsinə və teqbol idman növünün olimpiya oyunlarının proqramına salınmasını müsbət yanaşdığını bildirib. Görüşdə MOK-un idman idarəsinin rəhbəri Həsənağa Rzayev, xarici əlaqələr idarəsinin direktoru Anar Bağırov, teqsports beynəlxalq biznesin inkişafı şöbəsinin rəhbəri İstvan Döbrei, Macarıstanın Azərbaycanda fövləqadə və səlahiyyətli səfiri Tomas Tormanda iştirak ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish