- Baxış sayı: 52
- 12 Sentyabr 2024 21:12
- Baxış sayı: 34
- Sentyabr 15, 2024
- 0
Azərbaycan boksçuları Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda və Serbiyanın Subotiça şəhərində beynəlxalq turnirdə iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, millinin məşqçisi Elvin Məmişzadənin rəhbərliyi ilə yarışlara qatılan təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal qazanıblar.
75 kq-da çıxış edən Abbasqulu Şadlinski həm Subotiçada, həm də Sarayevoda 2-ci yeri tutub. Bosniyada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.