Bilalhəbaşi Nəzərov da finalda

Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turnirində yarımfinal mərhələsinə yekun vurulub.

Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının daha bir idmançısı finala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (51 kq) Andrei Turbureanu (Rumıniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəzərov finalda ukraynalı Maksim Maşevski (Ukrayna) ilə qarşılaşacaq.

Abbasqulu Şadlinski (75 kq) isə bürünc medalla kifayətlənib. O, 1/4 finalda biləyindən zədələndiyi üçün Halil Sami (Bolqarıstan) ilə görüşə çıxmayıb.

Beləliklə, millinin 5 boksçusu finala vəsiqə qazanıb. 4 təmsilçi isə turniri bürünc medalla bitirib.

“Drakula Open”də final qarşılaşmaları bu gün keçiriləcək.

Həmin kateqoriyadan