- Baxış sayı: 34
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 61
- Oktyabr 10, 2024
- 0
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bu gün 5 çəkidə sərbəst güləşçilərə meydan verilib.
Bəşir Verdiyev (57 kq) təsnifat mərhələsində braziliyalı Kayo Duarteylə bacarmayıb – 3:14.
Ayxan Abdullazadə (65 kq) debütdə rumuniyalı Daniel Sanduya heç bir şans tanımayıb – 12:2. Həmyerlimiz 1/8 finalda ermənistanlı Arman Musikyanı mübarizədən kənarlaşdırıb – 12:8. Abdullazadə növbəti mərhələdə iranlı Əli Xürrəmdilə 6:9 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün, Ayxan sabah təsəlliverici görüşə çıxacaq.
Ramik Heybətov (70 kq) təsnifat mərhələsində ukraynalı Boqdan Olinikə 2:3 hesabıyla məğlub olub.
Emin Qocayev (79 kq) qırğızıstanlı Ədilət Ağılbəyov üzərində inamlı qələbə (15:8) qazansa da, 1/8 finalda belaruslu Dmitri Lukaşuka 1:3 hesabıyla uduzub.
Xetaq Qarsanov (97 kq) debütdə qırğızıstanlı Aytənir Maksatovu vaxtından əvvəl xalçadan məyus yola salıb – 11:0. Ancaq 1/4 finalda ciddi müqavimətlə üzləşib. Karsanov türkiyəli Rıfat Qıdakı minimal fərqlə (2:1) üstələyərək yarımfinala vəsiqə qazanıb. Slovakiyalı Adam Jaksikə “tuş”la qalib gələrək adını finala yazdırıb. Həlledici qarşılaşmada ötən il böyüklər arasında dünya çempionu olmuş Rizabəy Aitmuxanla (Qazaxıstan) güləşəcək.