“Bizə dogma divarlar da kömək edəcək”

Yunan-Roma güləşi üzrə millimiz 5-6 noyabrda Bakı idman sarayında keçiriləcək dünya kubokuna hazırlaşır. Allsport.az saytı xəbər verir ki, KİV üçün açıq məşqdə millinin 1-ci çalışdırıcısı Aleksandr Tarakanov bunu söyləyib:

“Güləşçilərimiz yaxşı formadadırlar və yarışa hazırdırlar. Hər kəs öz məsuliyyətini anlayır və işin ciddiyyətinin fərqindədir. Hamı qələbəyə köklənib. Baxmayaraq ki, qrupumuzda çox güclü komandalar yer alıb. İstər dünya yığması, istərsə də Serbiya komandası olduqca yaxış təsir bağışlayır.

Bizə dogma divarlar da kömək edəcək. Avropa və dünya çempionatında yaxşı çıxış etdik. İndi isə ikiqat əzm, ikiqat güclə mübarizə aparmalıyıq. Həm özümüz, həm də bütün ölkə vətəndaşları üçün “vuruşacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish