Blitsdə kimlər qalib oldu?

Blits üzrə Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gözlənildiyi kimi sürətli şahmat gərgin mübarizə ilə yadda qalıb və çempion yalnız son turdan sonra müəyyənləşib.

Üç şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Qadınlarda Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurub.

Beləliklə, Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçılar dəqiqləşib.

İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva dünya çempionatına vəsiqə qazanıb.

Yarışın ümumi mükafat fondu 8000 manat ilk səkkiz yerin sahibləri arasında bölünüb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish