- Baxış sayı: 47
- 07 Noyabr 2025 20:22
- Baxış sayı: 57
- Noyabr 09, 2025
- 0
Beynəlxalq Boks Federasiyası (AİBA) 2015-ci il oktyabrın 5-dən 18-dək Qətərin paytaxtı Dohada keçiriləcək boks üzrə dünya çempionatının supervayzerinin adını açıqlayıb.
Allsport.az xəbər verir ki, “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda AİBA İcraiyyə Komitəsinin üzvü, polşalı Adam Kusior supervayzer olacaq.
Supervayzerin italiyalı Franko Falçinelli olacağı gözlənilirdi. Azərbaycan boksçuları Qazaxıstanda keçirilən son dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanmışdılar.