Boks millisi ABŞ-a təlim-məşqə yollanıb

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi ilə Kolorado ştatının Denver şəhərində hazırlıqda olimpiya çəki dərəcələri üzrə 9 nəfər iştirak edəcək.

Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominqes (92 kq) sentyabrın 2-də qoşulacaq.

Məşqlər ayın 7-dək davam edəcək. Yığma sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış sentyabrın 7-16-da baş tutacaq. Boksçularımız 17-də Vətənə qayıdacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish