Boks seçməsi Madridə təlim-məşqə yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi İspaniyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi ilə komandamız Madriddə təlim-məşq keçəcək.

Hazırlıqda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi – 51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes, Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcəklər.

Yığma dekabrın 10-dək davam edəcək toplanışında İspaniya, Bolqarıstan, Fransa, Meksika və Braziliya seçmələri də yer alacaq. Orada, sınaq döyüşləri də keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish