Boks üzrə məktəblilərin Azərbaycan birinciliyində qaliblər

Milli olimpiya komitəsinin 30 illik yubileyinə boks üzrə məktəbli oğlan və qızların Azərbaycan birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klubları, həmçinin idman cəmiyyətlərindən 70 komandadan 369 nəfər gücünü yoxlayıb.

Bakı boks mərkəzində həlledici görüşlərin yekununa əsasən, oğlanlardaHikmət Məmmədov (40 kq), Əli Baxışov (42 kq), Sübhan Babayev (44 kq), Bağır Əmirxanlı (46 kq), Turqay Rəhimli (48 kq), Raul Abdullayev (50 kq), Azad Cavadzadə (52 kq), Ələkbər Əhmədov (54 kq), Rza Rzayev (57 kq), Kənan Aslanlı (60 kq), İsmayıl Vəliyev (63 kq), Polad Rüstəmov (66 kq), Əli Məmişov (70 kq), Ömər Quluzadə (75 kq), Əmir Abbasov (80 kq) və Məhəmməd Cəfərov (90 kq) qalib olublar.

Qızların yarışında Mələk Qasımova (40 kq), Səbinə Nəsirli (44 kq), Banuçiçək Nəsirli (46 kq), Yuliya Doroşenko (48 kq), Mələk Hümmətova (51 kq), Səma Hüseynova (57 kq) və Mədinə Məmmədova (64 kq) qızıl medala yiyələniblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish