Boksçular Potidə yarışacaq

İyunun 5-də Gürcüstanda gənc boksçular arasında beynəlxalq turnir start götürəcək. Allsport.az xəbər verir ki, Poti şəhərində 4 gün davam edəcək yarışda Azərbaycan komandası da qüvvəsini sınayacaq.

Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov turnirdə Bilalhəbaşi Nəzərov, Nihat Qasımov (hər ikisi 50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (57 kq), Bagir Əmirxanlı, Tamerlan Əlimzanov (hər ikisi 60 kq), Vaqif Hacıyev (65 kq), Rza Rzayev (75 kq), Hüseyn Hüseynli (90 kq), Məhəmməd Cəfərova (+90 kq) imkan verəcək.

Yarışda Fərhad Rəhmanov ölkəni hakim kimi təmsil edəcək.

Həmin kateqoriyadan