Boksçular Qaraqanda turnirində döyüşəcək

Dekabrın 16-da Qazaxıstanın Karaqanda şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Allsport.az saytı xəbər verir ki, 6 gün davam edəcək yarışda kişilərdən ibarət milli də gücünü sınayacaq. Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 15 idmançı rinqə çıxacaq.

Qaraqandada Həsən Məlikov, Tural Sarıyev (hər ikisi – 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov, Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish