- Baxış sayı: 333
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 17 idmançısı Almatıda təlim-məşq toplanışına qatılacaq.
Hazırlıqda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.
Toplanışa yığmamızla yanaşı, Qazaxıstan, Qırğızıstan və İngiltərə milliləri də qatılacaq. Ev sahibləri məşqdə 100-dən artıq boksçu təmsil olunacaqlar.
Bu gün start götürəcək hazırlıq martın 16-dək davam edəcək.
Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşıyır.