Bölgə cüdoçuları üçün təlim-məşq

20 dekabrdan Göygöl olimpiya idman kompleksində 18 yaşa qədər region cüdoçuları üçün toplanışı keçirilir. Allsport.az saytı xəbər verir ki, 80-dən çox yeniyetmənin iştirak etdiyi təlim-məşq ayın 30-unadək davam edəcək.

Hazırlıqda ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir. Toplanış 24-27 yanvarda U-18 yeniyetmələrin Azərbaycan birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyır. 

Təlim-məşq çərçivəsində “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova tərəfindən yeniyetmə cüdoçular üçün seminar keçirilib. Onlara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər və qaydalar əyani şəkildə nümayiş etdirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish