- Baxış sayı: 30
- 25 Mart 2023 22:00
- Baxış sayı: 62
- Mart 25, 2023
- 0
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşan futzal millimiz 4:1 hesablı qələbə qazanıb. Allsport.az xəbər verir ki, oyunda hesabı açan və qələbədə pay sahibi olan Bolinya görüşlə bağlı açıqlama verib.
O, ilk oyunun çətin keçəcəyini gözlədiklərini vurğulayıb: “Qələbə münasibəti ilə komandamızı təbrik edirən. Çox çətin oyun oldu. Əslində belə olacağını da gözləyirdik. Çünki ilk matçlar hər zaman çətin keçir. Həm də rəqibimiz yaxşı komandadır”.
Bolinya fevralın 2-də Yunanıstanla keçiriləcək oyuna da toxunub: “Yunanıstanla oyunumuz da çətin keçəcək. Çünki doğma meydanda oynamayacağıq. Amma qazandığımız qələbə komandada ruh yüksəkliyi yaradıb”.