Bolqarıstan əsilli dünya və 4-qat Avropa çempionumuz narkotik satarkən həbs olunub

Azərbaycanın ağırlıqqaldırma üzrə dünya və Avropa çempionu Boyanka Kostova həbs olunub. Allsport.az saytı xəbər verir ki, bunu Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlamasında deyib. O, həmyerlisinin narkotik satarkən tutulduğunu və artıq 8 aydır ki, Plovdivdə istintaq təcridxanasında olduğunu bildirib:

“O, tituldan məhrum edildikdən sonra, depressiyaya düşdü. Boyankanın başqa peşəsi yoxdur və işsiz idi. Yanlış insanlarla qarışıb, pis mühitə düşüb. Dəfələrlə ona xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Mən ona pul qazanmağın başqa yolu olduğunu söylədim. Bu, nəticə vermədi. Onu məhəllə qarşısında narkotik satarkən tutublar.

Prokurorluq 3 il həbs istədi, amma mən bunun baş verməməsi üçün əlimdən gələni etdim. Mən onu məşqçi kimi işləmək üçün özümlə kluba aparacağıma, ümumiyyətlə sosiallaşacağına və düzgün yola düşəcəyinə zəmanət verdim. Ona görə də onun cəzası daha az oldu və gələn ay həbsdən çıxacaq”.

Qeyd edək ki, Boynaka Kostova 2012, 2015, 2016, 2021-ci illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016-2018-ci illərdə dopinqə görə cəzalanıb və London-2012 yay olimpiya oyunlarında və sonrakı nəticələri ləğv olunub və 8 il müddətinə yarışlardan kənarlaşdırılıb.

O, ötən ilin yazında Moskvada təşkil olunan qitənin ən güclülərinin yarışında baş mükafata sahib çıxaraq, Tokio-2020 olimpiadasına vəsiqə qazanıb. Amma dopinq test zamanı onun qanında qadağan olunmuş maddə tapıldığında, yenidən 8 il müddətə diskvalifikasiya edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish