- Baxış sayı: 37
- 01 Aprel 2023 22:37
- Baxış sayı: 111
- Aprel 01, 2023
- 0
Boqdan Boqdanoviç Amerika basketbol liqasının (NBA) komandalarından biri olan “Atlanta Hawks”la müqaviləsini uzadıb.
Allsport.az xəbər verir ki, klubdan verilən açıqlamada 30 yaşlı serbiyalı basketbolçu ilə 2023-24 mövsümündən başlayaraq uzunmüddətli müqavilə imzalanıb.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Boqdanoviç “Hawks” ilə 4 mövsümlük 68 milyon dollarlıq yeni müqavilə imzalayıb.
2014-17 mövsümləri arasında “Fənərbağça”da göstərdiyi möhtəşəm performansdan sonra karyerasını NBA-ya çevirən Boqdanoviç üçüncü ilini keçirdiyi Hawks-da oynadı və bu mövsüm hər oyunda orta hesabla 14,1 xal, 3,2 götürmə və 2,9 ötürmə ilə çıxış etdib.