- Baxış sayı: 16
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 16
- Sentyabr 29, 2023
- 0
Avropa Liqasının qrup mərhələsinin 4-cü turundə baş tutacaq “Borussiya” – “Qəbələ” matçına bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, oyuna artıq 50 mindən çox bilet satılıb.
Qalan 15 min biletin isə oyun gününə kimi tükənəcəyi gözlənilir. Biletlərin qiyməti 18-78 avro arasında dəyişir.
Qeyd edək ki, “Borussiya” – “Qəbələ” qarşılaşması noyabrın 5-də, 22:00-da baş tutacaq.